Sabah bu rayonlarda qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu rayonlarda qaz olmayacaq

Sentyabrın 16-da saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Şimal DRES", "Novxanı" və "Mehdiabad", Ağdammagistral qaz kəmərləri sahəsinin "Ağcəbədi" və "Quzanlı", həmçinin Qazax magistral qaz kəmərləri sahəsinin "Gəncə-Körpü Tikinti-2" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Publika.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad, Göygöl rayonunun Balçılıq və Qırıxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Ağcabədi və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm