Pulsuz konsert
Bizi izləyin

Qırmızı.az

Pulsuz konsert

Sentyabrın 18-də metronun "Elmlər Akademiyası", "28 May" və "İçərişəhər" stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruppalarının ifasında musiqi çələngi bəxş ediləcək.

Publika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev proqramın sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günü ilə əlaqədar olduğunu deyib: “Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb."Bakı Metropoliteni" QSC bu əlamətdar günü özünəməxsus qeyd edəcək”.

Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək.

Tədbir 18 sentyabr tarixi saat 11:00-da "Elmlər Akademiyası" stansiyasının əsas girişində başlayacaq. 12:15-də "28 May" stansiyasında 13:30-da "İçərişəhər" stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm