Bakıda gizli mason məbədində Türkan Şorayın çıxardığı teatr və MƏXFİ müzakirə
Bizi izləyin

Qırmızı.az

Bakıda gizli mason məbədində Türkan Şorayın çıxardığı teatr və MƏXFİ müzakirə

“Sahil bağı”ndan Xəzərə doğru düşürsən, sağa dönürsən, sonra sola, yenə gedirsən, yenə sağa, sonra sola, qabağına dar küçə çıxacaq, orada da bir sağ-sol edirsən, uçuq-sökük tikili çıxacaq qabağına. Məni orada gözlə.

Tanışım ona qulaq asdığımı zənn edib telefonda üyüdüb-tökəndə mən “Space”in efirində “Apokalipsis” filminə baxırdım. (http://publika.az/p/149912). Bir yandan da beynimin şərq yarımkürəsində “Space”in hind filmləri seriyasına niyə son qoyduğu haqda düşünür, cənub-şərq hissəsində “Şahrux xan “Space”nin efiri boş qalmasın deyə doğulub” kimi kreativ Azərbaycan deyimlərini yada salır, uzaq qərb hissəsində isə telefonun o başındakı tanışın dediklərini həzm etməyə çalışırdım.

“Axşam səni heç vaxt görmədiyin...”.

Filmdəki yaquarın baş aktyora hücumunu və möhtəşəm qaçış səhnəsi tanışın dediyi son sözləri eşitməyimə mane oldu. Özümü saxlaya bilməyib “böyük adamsan” deyə filmin rejissoru Mel Qibsonun qarasınca dilləndim. Telefonun o başındakı tanış da sözü özünə götürüb, “yox qaqa, o nə söhbətdir, axşam qardaşın səni Türkan Şoraya aparacaq”, - dedi. Deməyinə dedi, amma “Yaquar pəncəsi”nin 45 metrlik Salto de Eyipantla şəlaləsindən tullanışını seyr etdiyimə görə nə dediyini əvvəlcə anlamadım.

10 dəfə təkrarlayandan sonra Mel Qibson da yaddan çıxdı, onun yaquarı da. Əsil film Bakıda idi, mənsə mayalıların sivilizasiyasında ilişib-qalmışdım.

Axşam doqquzda dediyi yerdə görüşdük. Uçuq-sökük bina adamı qorxudurdu, köhnəlmiş iri qapısında qəribə işarələrsə əsil vahimə filmini xatırladırdı. Bakıda belə yerlər də var imiş. Tanışımın Türkan Şoray söhbəti yadıma düşəndə isə bizi gözləyən macəra adama güc verirdi.

Bu da soyunmamışam deyib soyunma söhbətinə oxşamasın ha” (http://publika.az/p/150340) – Türkan Şoray məsələsinin yalan çıxacağından qorxub dedim. Mənə gözləməyimi məsləhət bildi.

Qapını üç dəfə döydü, “aquare, maquare, filippo de santoz, maqqorito ti qaraqara” kimi gic-gic sözlər dedi, pişik kimi miyoldadı, it kimi hürdü. Gözlədik ki, qapı açılsın, amma heç nə baş vermədi. Axırda səbri tükənən tanışım, “Mənəm də xortdan Rasim” dedi və qapı açıldı. Nə baş verdiyini anlamadan içəri girdik.
Amma uçuq-sökük görüntüsü qapıdan çöldə qaldı. İçərisi sanki məbədə bənzəyirdi, bir az da gəncliyimizdə getdiyimiz gecə klublarının ab-havası var idi. İçəridə masaların ətrafında gənclər, orta yaşlılar, qalstuklu kişilər, şortlu qızlar, şlyapalı xanımlar, maskalı adamlar, bir sözlə hər cinsdən tapmaq mümkün idi. Məni Türkan Şoray eşqi ilə evdən çıxardan tanışım içəridəkilərin hamısı ilə köhnə dost kimi salamlaşdı, öpüşdü, görüşdü, qucaqlaşdı, məni də öpdülər, qucaqladılar.

“Dazbaş Rasim” (adamın başında meşə kimi saçı var idi), “buzpərəst Esmira”, “Qaban Feyruz”, “Qoşalülə Mikayıl”, “Tramvay Ziyad”, “Dikdaban Məlahət”, “Çalmalı Şükür”, “Tunel Tağı”, “Qoşanağara Qəmər”.... və müxtəlif ölkələrdən gəlmiş adlarını tələffüz edə bilmədiyim qonaqlar.

Hamısı ilə bir-bir tanış elədi. Bir az isinəndən sonra hələ də şokundan ayıla bilmədiyim sözü tapança kimi qulağımın dibində partlatdılar: “Biz masonların Bakıdakı gizli məbədindəyik”.

Mən sonuncu dəfə masonlarla Azərbaycanın adının birgə çəkildiyini bu ilin yanvar ayında eşitmişdim. (http://publika.az/p/122520). O da ermənilərin işğal etdiyi Qarabağa qeyri-qanuni səfər edən Rusiya Böyük Mason Lojasının Ali Ustadı Andrey Boqdanovun Azərbaycandan üzr istədiyi vaxt.

İndi bunlar nə danışırdı, nədən danışırdı deyə düşünür, arada da başıma bir qapaz vururdum ki, bəlkə yenə “Xırdalan”ın içində itib batmışam, bəlkə yatmışam, bəlkə ayılım. İçəridəkilərlə məni tanış eləyən tanışım isə ayılmağıma imkan vermədən məbədin tarixini xırdalamağa başladı. Ötən əsrin ilk günündən tutmuş, dünənki gecəyə qədər danışdı, axırda da dedi ki, onların başçısı “Fəhlə Qəzənfərdir”. O, adam içinə az çıxır, indiyə qədər də ancaq tül pərdənin arxasından əmirlər verir. Mən də qulaq asa-asa başıma qapazları tolazlayırdım...

Mən başıma qapaz vurmağımda olum, sizə ondan danışım ki, gecə klubu ilə gizli məbədin assosiasiyasına bənzər binada olanların hamısı məni unudub, Türkan Şoraydan danışmağa başladılar. Bu gecə xüsusi qonaq imiş və “dünyanın xilası üçün Xəzərin sahillərinə toplaşan” bu adamlara “teatr çıxaracaqmış”. Hazırda Şoray xanım kulisdə hazırlanırmış. Ona qədər “xilaskarlar” dedi-qoduya başladı.

Mən də kənarda durub gündəlik informasiyaları beynimdən keçirir, “İşə gedərkən yolda sərf edilən zaman da iş saatı sayılacaq” xəbərini (http://publika.az/p/150015) düşünərək, “Görəsən bu qayda bizdə nə vaxt tətbiq olunacaq” fikri ilə daha çox yatmağın yollarını axtarırdım. Qarşımda qıyıq gözlü Asiya gözəlini görəndə qəfil yadıma “əcnəbi oğlana ərə gedən prezident qızının sevgi hekayəsi” (http://publika.az/p/149768) düşdü.

Bakıdakı gizli toplantıya Asiya çöllərindən gəlmiş bu gözəlçə “Buzpərəst Esmira” ilə intim münasibətdən sonra keçirilən peşmanlıq hissindən (http://publika.az/p/150349) danışır, qarşılıqlı təcrübə mübadiləsi aparılırdı.

Sanki kralların ziyafətindəymiş kimi “kəpənək” taxan ağbaşlı kişi (deyəsən Alyaskadan idi səhv etmirmsə) isə parikə oxşayan saçı ilə diqqət çəkən gənc oğlana “tarix, siyasət, din” qarışıq dərs keçirdi. Ağbaş deyirdi ki, XX əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasının süqutunda Atatürk hökumətinin də rolu olub. Amma Atatürkü anlamaq olardı. Çünki siyasi şərtlər bunu diktə edirdi. (http://publika.az/p/149073).

“Parikli” ağbaşa: dinlə bağlı aranız necədir?

Ağbaş “parikli” yə: Əgər Quranda kosmosa uçan Yuri Qaqarindən bəhs olunursa, deməli bəzi şeylərlə hesablaşmaq lazımdır. (http://publika.az/p/150273). “Yaradan Əl” çox şeyə qadirdir.

Zolaqlıların səfəri” filminə baxmısınızmı?” – deyən şlyapalı qadın “parikli” ilə ağbaşa yaxınlaşaraq, soruşur.

Hansı, o əsgərlər qızı zorlamaq istəyir. Həmin film”, - “parikli” ağbaşı qabaqlamaq üçün dillənir. (http://publika.az/p/150325).

“Şlaypalı” “parikli”nin cavabını eşitmirmiş kimi, ağbaşa üz tutaraq, “bu Rusiya Qarabağla bağlı nə fikirləşirsiniz?” deyə ağıllı-ağıllı soruşur. Bu, həm də ağbaşa atılan qarmaq idi.

Ağbaş da əlinə dönüm, başlayır, şlayapanın ömrü boyu eşitmədiyi, eşitmək belə istəmədiyi siyasi prosesləri xırdalamağa. Deyir ki, Rusiya Sarkisyan hökumətini sıxışdırır, yeni baş nazir Karen Karapetyanın təyin olunması təsadüfi deyil, Qarabağ münaqişəsinin həlli məsələsi ciddiləşib və burada uduzan tərəf İrəvan olacaq, Sarkisyan da məsuliyyətdən qaçmaq üçün hakimiyyəti təhvil verməyə hazırlaşır. (http://publika.az/p/150423).
Verdiyi sualdan peşman olan “şlyapalı”nın cavabını gözləməyən ağbaş Sarkisyanı “şalvarının cibinə qoyub”, “döş cibindən” SSRİ-nin gizlətdiyi silahlarla bağlı tarixi faktları çıxarır. (http://publika.az/p/150328).

Daha sonra dünyanı 500 dövlətə parçalamaq niyyətlərindən (http://publika.az/p/150386), Mərkəzi Asiyada baş verənlərdən (http://publika.az/p/150412), Ukraynanı gözləyən “yeni Maydan”dan (http://publika.az/p/150315), Fransadakı bombalardan (http://publika.az/p/150391), Suriyadakı əməliyyatların son nəticələrindən (http://publika.az/p/150446) danışır, söz arası “parikliyə” yaxşı pul və qadın qazanmaq üçün vulkanlar ölkəsinə getməyi məsləhət görür (http://publika.az/p/150437), “şlyapalı”ya isə tez-tez Vanqa nənənin məsləhətlərini oxumağı tövsiyə edir. (http://publika.az/p/149123).

Bu arada “Qoşalülə Mikayıl” Lənkəraniski söhbətini təzələmək istəyir (http://publika.az/p/150465), amma dinləyən tapılmır.

Mən isə Türkan Şorayın çıxmağını gözləyə-gözləyə göylərdən imdad diləyirəm. Yalvarıram ki, möcüzə göstər, heç olmasa Həzrəti Musanın dəyənəyini göndər, buranı ikiyə bölüb xilas olum. (http://publika.az/p/45439). Dənizləri ikiyə bölən dəyənək üçün bu ayaq üstə qırxı çıxmış tikilini daş-qalağa çevirmək nə mənə şeydir axı.

Elə bu vaxt sanki göylərin sahibi duamı eşidirmiş kimi “dəyənək” söhbəti ortaya çıxır. “Tunel Tağı” Şarl de Qollu ayağına gətirən Azərbaycan çobanının hekayəsini açır (http://publika.az/p/149305), “gör necə oğullar olub” deyərək, “onun dəyənəyi məndə olsaydı Xəzəri ikiyə bölüb dibindən tunel qazardım” şit zarafatını edir. Heç kim gülmür, məndən başqa.

Çünki bu, göylərin mənim duama cavabı idi: “Zibilə necə düşmüsən, özün də çıx!”.

Gülməyim hər kəsin mənə tərəf çevrilməyinə səbəb olur, qoyun aptekə baxan kimi gözlərini döyüb baxırlar. “Türkan Şoray xanım gəlmədi bəs?” deyə vəziyyətdən çıxmaq üçün soruşuram.

Və budur, səhnə açılır nəhayət. Şoray xanımı gözləyən bizlər əl çalırıq. Amma nə fayda?! Türkan Şorayın o gözəl üzlü, mavi gözlü başının əvəzinə bir dənə yekə baş görünür və xəbərdarlıq edir.

Yer öz oxundan çıxır, fəlakət çox yaxındadır. Hər kəs təcili bilet alsın və Qərbi Sibirə uçsun. Orada yeni Nuhun gəmisi olacaq. Dünyanın xilası ordadır. Türkan Şorayın teatrı da Nuhun gəmisində veriləcək”. (http://publika.az/p/149982).

Ara qarışır, məzhəb itir. Bayaqdan ağır-ağır danışan ağbaş “parikli”dən daha cəld hərəkətlərlə binanı tərk edir, “Şlyapalı” 50 illik incəliyini pozmamaq üçün yavaş-yavaş hərəkət edir və arada da yanındakı qadına “Kişilər uşaq kimidir” kimi sözlər deyir. Məni bura gətirən tanışımı nə qədər axtarsam da tapa bilmirəm. Qəfil hər yer qaralır, mən də arxama baxmadan qaçıram.

Özümə gələndə Xəzərin çirkdən maviliyini itirmiş, siqaret çəkən adamın dodaqlarının rəngini almış sularına baxırdım.

Siqaretindən bir dənə olar”, adamın biri deyir. Verirəm, amma ürəyimdə “Siqaretlər bahalaşandan sonra, “siqaretindən olar” söhbəti adamı bezdirib də” deyə gedənin qarasınca deyinirəm. (http://publika.az/p/149103).

“Siqaretlərin qiyməti düşüb” – qarasınca deyindiyim adam uzaqdan qışqırır. (http://publika.az/p/149586).

Bu millətin də hazırcavablığı olmaya da.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm