Atanın qızını şəhvətlə öpməsi haram deyil? – FƏTVA VERİLDİ
Bizi izləyin

Qırmızı.az

Atanın qızını şəhvətlə öpməsi haram deyil? – FƏTVA VERİLDİ

Dini işlər üzrə komitənin məlumat bürosuna inanc, ibadət, əxlaq və sosial həyatla bağlı aktual mövzularda suallar ünvanlanır. İnsanlar onları maraqlandıran suallara məhz “fətva xətti” vasitəsilə cavab tapır. Söhbət Türkiyədə fəaliyyət göstərən qurumdan gedir.

Publika.az xəbər verir ki, bugünlərdə həmin qurum verilən suallardan birinə verdiyi fətva ilə Türkiyədə əxlaq pozuntusunun hansı səviyyədə olduğunu göz önünə sərir. Fətva xəttinə göndərilən sual belə olub: “Ata öz qızına qarşı şəhvət hissi duysa, həyat yoldaşıyla olan nikahı qüvvədən düşərmi?”

Komitə isə bu sualı cavabsız qoymaq və ya soruşanla bağlı şikayət etmək əvəzinə İslam dininin müxtəlif mənbələrinə əsasən izah verib. Bəzi məzhəblərə görə, “Atanın şəhvətlə qızını öpməsi və ya qucaqlamasının nikaha heç bir təsiri yoxdur. Atanın qızının bədəninə baxıb şəhvət hissi duyması haram deyil. Bundan başqa, qızın 9 yaşdan yuxarı olması vacibdir”.

Hənəfilərə görə: “Ata qızını şəhvətlə öpərsə və ya qucaqlayarsa, onun anası həmin ataya haram olur. Ancaq qalın paltardan toxunmaq və ya şəhvətlə baxmaq haram deyil”.

Bu cavablar Dini Komitəyə təzyiqləri artırıb. Türkiyə saytları məsələni qabardandan sonra fətva xəttindəki bu sual-cavab rəsmi səhifədən çıxarılıb. Sualı verənin şikayət olunacağı bildirilib. Komitə bununla bağlı bəyanat da yayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm