Qırmızı.az
Dərmanların qiyməti ilə bağlı nazirlikdən AÇIQLAMA

“Xarici valyuta ilə bağlı problemlərlə əlaqədar dərman şirkətləri Azərbaycan hökumətinə müraciət etməsi məsələsi artıq həllini tapıb”.
APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev
deyib ki, Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib.
Onun sözlərinə görə, yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən
dəyişikliklər olacaq: “Dərmanların qeydiyyatı və qiymətlərin
tənzimlənməsi qaydalarında düzəlişlər ediləcək. Hazırda Mərkəzi
Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma burda
dəyişiklik nəzərdə tutulur. Həmin gün üçün bazarda valyutanın
(dolların) real qiyməti əsas götürüləcək”.
Qeyd edək ki, bir müddət öncə Elsevər Ağayev jurnalistlərə
açıqlamasında bildirib ki, valyuta ilə bağlı problemlərin dərman
qıtlığına yol açacağına dair məsələ hər kəsi narahat edir. Dərman
şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu
müraciət Səhiyyə Nazirliyinə də göndərilib.

-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
-
Sosial11 İyul 17:06
Pensiya alanların nəzərinə