Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda humanitar aksiya keçirilib
Bizi izləyin

Qırmızı.az

Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda humanitar aksiya keçirilib

Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun Prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə huma

Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun Prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilmişdir.

Lahor şəhərində təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə humanitar yardımlar proqramının icra edildiyini qeyd edərək, Fondun, xüsusuilə, kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirmişdir.

Daha sonra səfir Heydər Əliyev fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr təqdim etmiş, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı təqdim etmişdir.

Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz öz çıxışlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişlər. R.X.Mustafa, Mehriban xanımının kimsəsiz uşaqlara göstərdiyi bu diqqət onun humanistliyinin, islam dəyərlərinə sadiqliyin həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu bildirmişdir.

Məktəbin icraçı direktor Şahida Riaz çıxışında, Ancuman Süleymaniyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək bildirilmişdir ki, 100 nəfərdən çox sakini olan kimsəsizlər evində uşaqlar, yaşamaqla yanaşı müasir standartlara cavab verən təhsil alır, zəruri tibbi yardım ilə təmin edilirlər. Hal hazırda uşaqlar evində yenidənqurma işlərinin aparıldığını, ərazidə yeni yaşayış və təhsil bloku tikildiyini qeyd edən icraçı direktor, Azərbaycanın birinci xanımın göstərdiyi maliyyə yardımının məhz bu yenidənqurma işlərinə sərf olunacağını bildirmişdir.

Daha sonra Ancuman Süleymaniyada məskunlaşmış uşaqlar səhnəciklər nümayiş etdirmiş, mahnılar ifa etmişlər.

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları uşaqlar evinın yaşayış və tədris binaları ilə, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.

Tədbirin sonunda, D. Şikarov, tədbirə qatılmış Pəncab əyalətinin aparıcı media mənsublarına müsahibə vermişdir. Müsahibədə Səfir, Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti haqqında danışmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm