Ev sahibi kirayənişindən icazəsiz evə gələ bilərmi? - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ev sahibi kirayənişindən icazəsiz evə gələ bilərmi? - VİDEO

Taleh İbrahimov bir müddət əvvəl Bakıda mənzil kirayə götürüb. Ev sahibi ondan xəbərsiz mənzildə vəziyyəti yoxlamaq adı ilə dəfələrlə evə gəlib. Kirayəşin ev sahibinə iradını bildirsə də, sonuncu bu iradlarla razılaşmayıb.

Son dövrlər bu cür şikayətlərin sayı artıb. Əksər kirayəşinlər Taleh İbrahimov kimi ev sahiblərinin onları narahat etmələrindən narazıdırlar.

Bəs görəsən qanunda kirayəşinlə kirayədarın hüquqlarını tənzimləyən hər hansı bir müddəa varmı?

Daşınmaz əmlak eksperti Ramil Osmanov deyir ki, ev sahiblərinin istənilən vaxt kirayə qalanları narahat etmək hüququ yoxdur. Ev sahibi ilə kirayəşin münasibətləri mənzil kirayə götürülən zaman bağlanan müqavilə ilə tənzimlənməlidir.

Ekspertin sözlərinə görə, əksər ev sahibləri vergidən yayınmaq üçün mənzilini kirayə verən zaman kirayə qalanla notarial qaydada müqavilə bağlamır.

Ramil Osmanov qeyd edir ki, mənzil kirayə götürmək istəyənlər bu cür xoşagəlməz hallarla qarşılaşmamaq üçün mütləq ev sahibi ilə notarial qaydada müqavilə bağlamalıdırlar. (xəzərxəbər.com)


Oxumağa davam et
Reklam
Reklam

Gündəm