Azərbaycan-İran sərhədində FƏALLIQ: 300-dən çox obyekt... - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-İran sərhədində FƏALLIQ: 300-dən çox obyekt... - FOTOLAR

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisi ilə əlaqədar dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Publika.az-a verdiyi məlumata görə, bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyektin (yaşayış və qeyri-yaşayış sahəsi) əksəriyyəti köçürülüb, qalanların sənədləşməsi aparılır.

Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin yatağında torpaq yatağının hazırlanmasına başlanıb.

Relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunmuş, əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib.

Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib.

Sentyabrın əvvəlində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşuna başlanıb. Artıq 5 km yol qoyulub.

Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünün dayaqları (4 dayaq) və istinad divarları tikilib. 27 tirdən 15-nin betonu tökülüb, hazırda qalanlarının karkası yığılır.

İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm