• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Bakıda yeni metro stansiyası tikiləcək - FOTO

Bakıda yeni metro stansiyası tikiləcək - FOTO

Bakı Ağ Şəhər ərazisində metro stansiyası tikiləcək.

Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına əsasən, Metropolitenin mövcud Yaşıl xəttinin ("Şah İsmayıl Xətai" - "Dərnəgül" stansiyalarını birləşdirən) genişlənməsi gözlənilir.

Bu barədə AZƏRTAC-a "Bakı Ağ Şəhər" layihəsinin mətbuat xidmətindən bildirilib.

"Şah İsmayıl Xətai" stansiyasından tikilməkdə olan "Həzi Aslanov 2" stansiyasına qədər Nobel prospekti boyunca 3 yeni stansiya tikiləcək. Stansiyaların şərti adları Y-14, Y-15, Y-16-dır. Bu stansiyalardan biri "Bakı Ağ Şəhər" layihəsinin ərazisində planlaşdırılıb.

Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır.

Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR