• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Xəzərin sahilinin hasarlanmasına DAVAM: Yalnız...

Xəzərin sahilinin hasarlanmasına DAVAM: Yalnız...

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətlidövlət obyektlərinin siyahısı təsdiq edilib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, bu siyahıda qeyd olunan obyektlərə Azərbaycanda dəniz kənarında hasarlarına məhdudiyyət qoyulmayacaq.

Həmin obyektlərin siyahısına Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri), Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, su təchizatı sistemləri, Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu), müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri, xüsusi təyinatlı təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları, Silahlı qüvvələrin döyüş mövqeləri, idarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular, döyüş sursatlarının, partlayıcı, radioaktiv, kimyəvi, bakterioloji və zəhərli maddələrin istehsalı və saxlanılması müəssisələri, dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edən obyektlər, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları, gəmilər üçün yanalma körpüləri, mayaklar, Bakı Gəmiqayırma Zavodu, gəmi təmiri zavodları, Sumqayıt çirkab sutəmizləyici qurğusu (mövcud), Lökbatan çirkab sutəmizləyici qurğusu (mövcud), Bayıl Qəsri, Əl Oyunları Stadionu və Bakı Dəniz Vağzalının binası daxil edilib.

Qeyd edək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR