BDU Türk Universitetlər Birliyi ilə əməkdaşlıq edəcək
Bizi izləyin

Qırmızı.az

BDU Türk Universitetlər Birliyi ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universitetində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Baş katibinin müavini Ömer Kocamanın rəhbərlik etdiyi nümayəndə heyətinin rektor, akademik Abel Məhərrəmov ilə görüşü keçirilib.

Publika.az xəbər verir ki, rektor son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan bəhs edib.

Baş katib Ömer Kocaman, öz növbəsində, təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, Şuranın məqsəd və vəzifələri sırasında elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, BDU və Türk Şurası çərçivəsində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin birgə layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb.

Daha sonra Türk Universitetlər Birliyi ilə BDU-nun əməkdaşlıq əlaqələri, təhsil və elmlə bağlı bir sıra layihələrin icrası qərara alınıb.

Qeyd edək ki, görüş ərəfəsində nümayəndə heyətinin prorektor, professor Sani Hacıyev, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova və Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova ilə görüşü olub. Görüş zamanı Türk Universitetlər Birliyi nəzdindəki Orhun Süreci proqramın BDU-da reallaşdırılması məsələləri, həmçinin universitetdə Boloniya prosesinin tətbiqi, Erasmus Mundos, Mövlanə Mübadilə proqramları kimi layihələrin icrası müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm