Qırmızı.az
Nişanlısı qaçan bəyin atası: “Borc içində ölürəm”
“Qız evinə xəbər göndərmişəm ki, toya çəkdiyim xərci
geri qaytarsın. Bu, mənim tələbimdir”.
Bunu toya bir gün qalmış nişanlısı qoşulub qaçan oğlanın atası, İsmayıllı rayon Topçu kənd sakini C.M. bildirib.
O, hüquq-mühafizə orqanlarına şikayət etmək fikrində olmadığını
deyib: “Artıq mənə və oğluma olan olub. Çox pis vəziyyətdəyəm. Toya
xərc çəkmişəm. Bununla bağlı qız evinə xəbər göndərmişəm ki,
çəkilən xərci geri qaytarsın. Amma hələ gəlib çıxmayıblar. Düzü çox
imkansız ailədir, kasıb adamlardır, bilmirəm pulu verə biləcəklər
ya yox. Amma demişəm ki, çəkdiyim xərcin yarısını versinlər ki,
borcumun yarısını azalda bilim. Borcun içində ölürəm. Həm də xəbər
göndərmişəm ki, nəyiniz varsa, gəlin aparın. Qaytardığımız ancaq
gəlinə apardığımız qızıllardır, vəssalam”.
C.M. qeyd edib ki, oğlu nişanlı olduğu müddətdə qızın başqasını
sevdiyindən xəbəri olmayıb: “Biz onlarla qohumuq. Oğlan da tez-tez
gedib gəlib, telefonla danışıb. Toya bir gün qalmış qız
qaçıb”.
Qeyd edək ki, Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb. Qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsi olub. (aznews.az)
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...