Toy günü 19 yaşlı qızı qaçıran iş adamı imiş
Bizi izləyin

Qırmızı.az

Toy günü 19 yaşlı qızı qaçıran iş adamı imiş

Ağsuda baş vermiş hadisəylə bağlı yeni təfərrüatlar əldə edilib.

Məlum olub ki, toy günü 19 yaşlı qızın qoşulub qaçdığı şəxs Ağsunun Göydəlləkli kəndinin imkanlı şəxslərindən birinin oğludur.

Kənd sakinləri: "Sovet dövründə kənddə böyük bir dükan var idi. Oğlanın atası sonra o dükanda işlədi və oranı özəlləşdirdi. Oğlan da həmin dükanı işlədirdi. Ümumiyyətlə, imkanlı ailədirlər, atası da, özü də iş adamıdır. Oğlan da qıza deyib ki, mən evdə səni sevdiyimi desəm, valideynlərim sizin qapıya gəlməyəcəklər. Ona görə də qoşulub qaçıblar. Bəlkə də siz bilmirsiniz, amma kənd yerində belə şeylər var. Yəni kimin ailəsi varlıdırsa, çalışır o da imkanlı adamın qızını alsın. Hələ ki heç birindən xəbər yoxdur".

Xatırladaq ki, sevdiyi oğlanla qoşulub qaçan qızın keçmiş nişanlısı İsmayıllının Topçu kəndindəndir. (ölkə.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm