Bakı sakinləri kitab oxuyurmu? - SORĞU
Bizi izləyin

Qırmızı.az

Bakı sakinləri kitab oxuyurmu? - SORĞU

Publika.az “ACT Azərbaycan”ın 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğu nəticəsində sakinlərin hansı kitabları oxuduğunu təqdim edir:

Sorğuda iştirak etmiş respondentlərin 47%-i son bir ildə bədii ədəbiyyat oxumadığını bildirib. Rəyi soruşulanların 15%-i bədii əsərləri ayda bir dəfə, 13%-i isə ildə bir dəfə oxuduqlarını bildiriblər.

63% respondent son bir ildə qeyri-ədəbiyyat oxumadığını bildirib. Hər gün mütaliə edənlər isə 14% təşkil edir.

17% respondent hər gün dini mövzularda kitablar oxuyur. 57% respondent isə son bir ildə ümumiyyətlə dini ədəbiyyatla maraqlanmayıb.

Sorğuda iştirak etmiş respondentlərin 31%-i detektiv janrda yazılan kitabları oxumağa üstünlük verir. Rəyi soruşulanların 24%-i məhəbbət, 22%-i isə tarixi romanları seçdiklərini bildiriblər.

Gənc (18-34 yaş aralığı) və ahıl (55 yaş və daha yüksək) nəslin nümayəndələri detektiv janrında yazılmış əsərləri daha çox bəyənir (müvafiq olaraq 35% və 30%). Orta nəslin nümayəndələri üçün (35-54 yaş aralığı) tarixi romanlar daha cəlbedicidir.

Son bir ildə mütaliə edənlərin 55%-i Azərbaycan ədəbiyyatını, 24%-i Azərbaycan dilinə tərcümə olunmuş xarici ədəbiyyatı, 18%-i isə rus dilinə tərcümə olunmuş ədəbiyyatı oxuduqlarını bildiriblər. Əsərləri orijinal dildən mütaliə edənlərin faizi 21-ə bərabərdir.

Xarici ədəbiyyat sevənlər rus (63%), ingilis (23%), türk (7%), ərəb (5%) və ispan (1%) müəlliflərinin əsərlərini oxumağa üstünlük verirlər.

Əcnəbi əsərlərin Azərbaycan dilinə tərcüməsindən razı qalanlar sorğuda 31% səs toplayıb. Narazılar isə 16%-ə bərabərdir.

Əsərləri elektron formatda oxuyanlar sorğuda 36% nəticə göstərib. Bu göstəricinin 51%-ni 18-34 yaş aralığında olan oxucular təşkil edib. Mütaliənin ənənəvi formasına - kitablara sadiq qalanlar isə 83% olub.

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

Dilrubə Vaqifzadə

Mənbə: https://www.facebook.com/ACTAZE/?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm