2951 nəfərlə əmək müqaviləsi bağlandı
Bizi izləyin

Qırmızı.az

2951 nəfərlə əmək müqaviləsi bağlandı

Bu ilin birinci rübü ərzində ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, müqavilələrin rəsmiləşdirilməsi ƏƏSMN-i yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən təmin edilib.

Həmçinin, bu müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb.

Bu ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143796 manatını əmək haqları, 7277 manatını zərərə görə ödənclər, 2879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm