Maşını dərəyə aşırdı, yaralı sərnişinlərini qoyub qaçdı
Bizi izləyin

Qırmızı.az

Maşını dərəyə aşırdı, yaralı sərnişinlərini qoyub qaçdı

Şamaxıda yüksək sürət yenə qəzaya səbəb olub.



Milli.Az Kanal S-ə istinadən bildirir ki, dünən gecə saatlarında şəhərin N.Nərimanov küçəsində yüksək sürətlə hərkətdə olan "VAZ 2107" markalı avtomobil bir anda yoldan çıxıb. İdarəetməni itirən sürücü avtomobili aşırıb. Qəza zamanı iki sərnişin - Həsənov Vahid Həsənova Gülnar müxtəlif bədən xəsarətləri alıblar.



Qəzanı törədən, hələlik istintaqa adı məlum olmayan sürücü xəsarət alanlara heç bir müdaxilə etmədən hadisə yerindən qaçıb. Qəzanın baş verdiyi yerdən 30 metr kənardakı dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb. İlkin məlumatlara görə, sürücü avtomobili sərxoş halda idarə edib.



Faktla əlaqədar Şamaxı Rayon DYP şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. Hadisənin dəqiq səbəbləri araşdırlır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm