Şagirdləri bir-birinin qucağında oturan məktəbin direktoru danışdı - FOTO
Bizi izləyin

Qırmızı.az

Şagirdləri bir-birinin qucağında oturan məktəbin direktoru danışdı - FOTO

Bakının Sabunçu rayonunda yerləşən Elşən Məhərrəmov adına 137 saylı tam orta məktəbdən çəkildiyi iddia edilən şəkillərə məktəbin direktoru aydınlıq gətirib.

Publika.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan şəkildə şagirdlərdən biri digərinin qucağında oturub.

Şəkillə bağlı yazılan məlumatda bildirilib ki, buna səbəb parta çatışmazlığıdır, bəzən bir partada 8 uşaq əyləşir.

Direktor Mətanət Abdullayeva isə Publika.az-a açıqlamasında bildirib ki, şəkil 137 saylı məktəbdə çəkilməyib: “Bizim məktəbdə parta, oturacaq problemi yoxdur. Həmin şəkil bizim məktəbdə şəkilməyib. O şəklə baxdım, ora bizim sinif otağı deyil. Bizim məktəbdə elə başı sınmış stul yoxdur. Şəkil yayılandan sonra bir-bir bütün otaqları gəzmişəm, elə hal yoxdur. Sadəcə bir gün-sentyabrın 16-da partaların yeniləri ilə dəyişdirilməsi zamanı bir saatlıq problem yaşandı. Ancaq həmin şaatda uşaqlar oturacaq sıxıntısı yaşamadı, çünki proses uzun çəkmədi. Həmin vaxt uşaqlar da stulların daşınmasına kömək edirdi. Dəyişdirilən partaların yerinə yeniləri gətirildi.”.

Partaların dəyişdirilməsi prosesinin dərs gününə saxlanma səbəbinə gəlincə direktor bunun məktəbdən asılı olmadığını deyib: “Bu məsələlərə indi çox ciddi yanaşırlar. İstifadədən çıxarılmış partalar aparılmadan yeniləri verilmir. Ona görə proses bir az uzanıb, dərs günlərinə qalıb”.

Direktor heç bir problem olmadığı halda məktəblə bağlı nə üçün belə bir xəbər yayılıb sualımızı “O qədər düşmən var ki. Belə anonim şəkil çəkirlər” kimi cavabladı

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm