Referenduma görə 111 nəfərə mükafat veriləcək – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Referenduma görə 111 nəfərə mükafat veriləcək – ÖZƏL

“Bu gün Azərbaycanda təqribən 32 minə yaxın şəxs ilk dəfə səsvermə hüququndan istifadə edir”.

Bunu Publika.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib.

MSK katibi deyib ki, həmin şəxslərdən 111 nəfərinin doğum tarixi sentyabrın 26-a təsadüf edir.

M.Rəhimov qeyd edib ki, MSK rəhbərliyi doğum tarixi referendum gününə düşən 111 nəfərin təbrik edilməsi ilə bağlı dairə seçki komissiyalarına göstəriş verib: “Bu şəxslər həm birinci dəfədir ki, səs verirlər. Həm də onların bu gün ad günləridir. Buna görə də həmin şəxslər səs verdikləri məntəqədə MSK rəhbərliyi adından xüsusi hədiyyələrlə mükafatlandırılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm