Qırmızı.az
Lənkəranskinin qatili "Şakro" görün nə günlərə düşdü
Dünən sentyabrın 26-da Moskvadakı “Naş dvor” restoranında “Tolik Noqinski” ləqəbli azərbaycanlı “vor zakon” Taleh Dağlıyev həbs olunub.
Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında “spays” kimi tanınan narkotik tapılıb.
Narkotik maddənin şəxsi istifadə miqdarından artıq olduğu bildirilir və bu maddə ilə Toliki 3 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Moskvanın 1905-ci il küçəsində yerləşən “Naş dvor” restoranı əsasən “vor zakon”ların məskəni kimi tanınır.
Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir, kriminal avtoritetlər sırasına nisbətən yeni daxil olsa da kifayət qədər tanınıb. O, 2014-cü ildə Türkiyədə keçirilən “sxodka”da “vor zakon” titulu alıb, Taleh Dağlıyevə bu titulun verilməsinə “Lotu Quli” və digər nüfuzlu avtoritetlər səs veriblər.
“Tolik Noqinski” hazırda həbsdə olan “bir nömrəli vor”, “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanındandır. O, indiyə qədər real həbs müddəti çəkməyib, hərçənd ki, ötən il Moskvada və ondan əvvəl Ukraynada saxlanılmışdı. Moskva məhkəməsi onu şərti həbslə cəzalandırıb, cəza müddəti bu ilin yazında bitib. Həmin müddət ərzində Taleh Dağlıyev Azərbaycan, Belarus və Ukrayna paytaxtlarında olub, orada kriminal qruplaşmalar arasında koordinasiya yaradıb. (virtual.az)
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO