Azərbaycanın müdafiə naziri iranlı həmkarı ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın müdafiə naziri iranlı həmkarı ilə görüşdü

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.

Bu barədə Trend İran KIV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, görüş İran Müdafiə Nazirliyində baş tutub.

Görüşdən öncə Azərbaycanın müdafiə naziri Z.Həsənovun rəsmi qarşılanma mərasimi olub. Nazir şəhidlərin məzarını ziyarət edib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm