Yasamalda saxlanan nurçulardan 2-si həbs olunub
Bizi izləyin

Qırmızı.az

Yasamalda saxlanan nurçulardan 2-si həbs olunub

“Yasamal Rayon Polis İdarəsinin nurçulara qarşı keçirdiyi əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb”. Bu barədə İdarənin rəisi İsmayıl Əsədov deyib.

“Yasamal Rayon Polis İdarəsinin nurçulara qarşı keçirdiyi əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb”. Bu barədə İdarənin rəisi İsmayıl Əsədov deyib.

Əsədov həbs olunanların ad-soyadını, nədə ittiham olunduqlarını və hazırda harada saxlandıqlarını açıqlamayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də geniş məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, aprelin 12-də Yasamal rayonunda Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin sunqurçular cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirildiyi müəyyən edilib. Polisin evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus pasportlar aşkar edilərək götürülüb. /Media forum/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm