Cəbhənin Tovuz istiqamətində güclü atışma başlayıb
Bizi izləyin

Qırmızı.az

Cəbhənin Tovuz istiqamətində güclü atışma başlayıb

Erməni silahlı qüvvələri yenidən atəşkəsi pozub. Hazırda Tovuzun Əlibəyli kəndində güclü atışma gedir.

Erməni silahlı qüvvələri yenidən atəşkəsi pozub. Hazırda Tovuzun Əlibəyli kəndində güclü atışma gedir.

Kənd icra nümayəndəsi Valeh Rzayev verdiyi açıqlamasında bildirib ki, düşmən saat 18.00 radələrindən başlayaraq kəndi gülləbaran edir.

Onun sözlərinə görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb.

Hələlik kənd sakinlərindən xəsarət alan olmayıb.

İcra nümayəndəsinin sözlərinə görə, sabah Əlibəyli istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilməsi nəzərdə tutulub. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm