Qırmızı.az
Bakının ən böyük prospektindəki əsas yol açıldı
Bakıda Heydər Əliyev prospektində Xətai
rayonunda yerləşən "Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol
qovşağından Böyükşor yol qovşağına qədər hissədə yolun üfüqi
nişanlanması işlərinin aparılması ilə əlaqədar bağlanmış əsas yol
artıq açılıb. Bu barədə Trend-ə Nəqliyyat
Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri
Pünhan Mürsəliyevbildirib.
Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfqi
nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün
zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi
istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin
nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) işlərinin
aparılması məqsədilə prospektin əsas yolu dünən, aprelin 14-də
axşam saat 22:00-dan etibarən bağlanmışdı. Artıq işlər bu gün səhər
saatlarınadək görülüb qurtardığından əsas yol açılaraq istifadəyə
verilib.
P.Mürsəliyev həmçinin qeyd edib ki, bu gün axşam
saat 22:00-dan etibarən isə üfqi nişanlama işlərinin aparılması ilə
əlaqədar prospektin köməkçi yolları bağlanacaq.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO