Qırmızı.az
Dəhşət: qəbristanlıqdan 100 ölünü çıxarıb yedilər - VİDEO, FOTO
Polis bu evdə axtarış aparanda 3 yaşlı uşağın kəsik başını tapıb. Kəllə parçaya bükülmüşdü, mətbəxin bir küncündə idi.
Qazanda isə qızardılmış ət vardı. Polisin dediyinə görə, qazanda bişən ət insan əti idi.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Pakistanın mərkəzindəki
Darya şəhərində polis iki qardaşı - 35 yaşlı Məhəmməd Arifi və 30 yaşlıMəhəmməd
Fərmanı həbs edib.
Onlar hannibalizmdə və nerofaqiyada ittiham olunurlar. Polisdən
verilən məlumata görə, bu qardaşlar son iki il ərzində şəhər
kənarındakı qəbristanlıqda 100 məzarı dağıdaraq cəsədləri
çıxarıblar və yeyiblər.
Qardaşlar yalnız yeni qazılmış məzarlardakı ölülərlə "qidalanıblar".
Məhəmməd Fərman 2011-ci ildə Pakistanın Bhakkar şəhərində
adamyeyənlikdə suçlanaraq tutulmuşdu. Onun qardaşı Məhəmməd Arif
isə bir il sonra azyaşlı uşağı öldürərək yeməkdə şübhəli bilinmiş,
amma polis yetərincə sübutlar tapa bilmədiyi üçün həbsdən qurtula
bilmişdi.
Darya şəhərinin polis rəisi Əmir
Abdulla deyib: "Qonşular qardaşların evindən çox pis iy
gəldiyindən şikayətlənmişdilər. Biz də şikayət olunan yerə getdik.
Gördüklərimiz bizi dəhşətə gətirdi. Daha sonra qəbristanlığa baxış
keçirdik və məlum oldu ki, qardaşlar son iki ildə 100 məzarı
dağıdaraq ölüləri yeyiblər".
Qardaşlar qəbristanlıqda ilk qəbri 2011-ci ildə dağıdıblar və 24
yaşlı qadının cəsədini çıxararaq yeyiblər.
Məhəmməd Arif və Məhəmməd Fərmanın arvadları onları üç il əvvəl
tərk edib.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR