Rezidentura üzrə qəbul aparılacaq ixtisaslar açıqlandı
Bizi izləyin

Qırmızı.az

Rezidentura üzrə qəbul aparılacaq ixtisaslar açıqlandı

2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar açıqlanıb.

Publika.Az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, Komissiya tərəfindən "Rezidentura" xüsusi buraxılışının 3-cü sayı nəşr olunub. Jurnalda 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi forması (nümunə), 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar, rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planı və namizədlər üçün tövsiyələr, 2013-cü ildə rezidenturaya qəbul müsabiqəsində baza tibb təhsili müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, ixtisas fənləri üzrə elmi-metodiki təhlil və tövsiyələr əksini tapıb.

Qəbul elanına əsasən, rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə 30 mart 2014-cü il tarixində keçirilmiş birinci mərhələ üzrə imtahanda topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Həmin namizədlər 2014-cü il iyulun 24-dən 26-dək olan müddətdə eservices.tqdk.gov.az/erizerez internet səhifəsindən imtahanın ikinci mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürə biləcəklər.

Namizədlərə ikinci mərhələdə də 100 test tapşırığı təqdim olunacaqdır. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra namizədlər 2014-cü il iyul ayının 29-dən 31-dək müsabiqədə iştirak etmək üçün internet vasitəsi ilə ixtisas seçimini yerinə yetirəcəklər.

İxtisas seçiminə rezidentura səviyyəsinə qəbul imtahanındakı nəticələri TQDK tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən namizədlər buraxılacaqlar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm