Ağsuda 150 kq balığı məhv elədilər
Bizi izləyin

Qırmızı.az

Ağsuda 150 kq balığı məhv elədilər

Ağsuda ət və ət məhsulları satışı məntəqələrində reydlər keçirilib. Reydlər zamanı bir sıra maraqlı faktlar ortaya çıxıb. Vaxtı keçmiş 150 kq balıq məhsulları isə yandırılaraq məhv edilib.



Milli.Az Kanal S-ə istinadən bildirir ki, reyd zamanı şəhərin müxtəlif ərazilərində satılan bəzi balıq məhsullarının köhnə olduğu üzə çıxıb. Məhsullardan götürülən analizlər yoxlama məqsədi ilə raboratoriyaya aparılıb. Satışda olan balıqların insan sağlamlığı üçün təhlükəli olduğu məlum olub. Bu fakt aşkarlandıqdan sonra satışda olan balıq məhsulları nəzarətə götürüb. Məlum olub ki, avtomobilin yük yerində günlərdir antisanitar vəziyyətdə saxlanılan və əhaliyə satılan balıqların hamısının istifadə vaxtı keçib. Ümumilikdə, 150 kq balıq müsadirə olunub və Ağsu baytarları tərəfindən yandırılma yolu ilə məhv edilib.



Məsələyə müdaxilə edən polisin apardığı araşdırma zamanı məlum olub ki, Bakı bazarlarının birindən gətirilən balığın yol boyu Qobustan və Şamaxı da daxil olmaqla, bir neçə rayonda satışı həyata keçirilib. Reydlər zamanı rayon ərazisində ət və balıq məhsullarının satışı, kəsim qaydası və satış məntəqələrində sanitariya qaydalarına riayət olunub-olunmaması yoxlanılıb. Aşkar edilən nöqsanlar aktlaşdırılıb və bu nöqsanlara yol verən sahibkarlara qarşı müvafiq cəza tədbirləri tətbiq olunub, bəzi qəssablara isə xəbərdarlıq olunub. Reydlərin mütəmadi olaraq rayon ərazisində davam etdiriləcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm