"Qaçqınkom" vətəndaşların aksiyası xəbərinə münasibət bildirdi
Bizi izləyin

Qırmızı.az

"Qaçqınkom" vətəndaşların aksiyası xəbərinə münasibət bildirdi

“Bu gün komitədə vətəndaşların qəbulu günüdür. Adətən, onlar kütləvi şəkildə qəbula gəldiklərinə görə, komitə qarşısında, yaxınlıqdakı yolda sıxlıq olur. Bunu isə aksiya kimi anlayıblar. Amma aksiya keçirilməyib, adi qəbul günüdür”.

Bu sözləri Publika.Az-a açıqlamasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

Qəbula gələn sakinlər tərəfindən yolun bağlanmasına gəldikdə E.Qədimov bunun yalan məlumat olduğunu dedi:

“Sakinlər kütləvi şəkildə qəbula gəlir, komitənin binası yolun kənarındadır. Onların binanın qarşısına toplaşmasını isə yolun bağlanması kimi anlayıblar”.

E.Qədimov hazırda paytaxtdan kənarda olduğunu,amma mütəmadi olaraq görüş barədə əlaqə saxladığını dedi:

“Sakinlər müxtəlif problemlərlə bağlı müraciət edirlər. Ən çox müraciət isə mənzil təminatı ilə bağlıdır. Onlara da izah olunur ki, paytaxtda köçkünlər üçün mənzil tikintisinə 2016-cı ildən başlanacaq. Həmin vaxta qədər isə həör hansı tikinti aparılmayacaq”.

Xatırladaq ki, bu gün mətbuatda yayılan məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirib. Məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm