20 mindən çox məhsul çeşidini endirimli qiymətlərlə əldə edin! (R)
Bizi izləyin

Qırmızı.az

20 mindən çox məhsul çeşidini endirimli qiymətlərlə əldə edin! (R)

Müvəffəqiyyətli və keyfiyyətli xidmət anlayışı, uyğun qiyməti ilə 10 ildən çoxdur fəaliyyətinə davam edən Neptun Supermarketlər Şəbəkəsi geniş alıcı kütləsinin inamını qazanıb.

Əsas prinsipi sağlam qidaya üstünlük olan Neptun Supermarketlər Şəbəkəsi müştəriləri üçün sağlam, keyfiyyətli, müasir, güvənilir və ekonomik xidmət göstərməyə çalışır. Sağlam gələcəyiniz üçün çalışan Neptun Supermarketlər Şəbəkəsi qida və qeyri-qida sektorunda müştərilərə təqdim etdiyi bütün məhsulları ən optimal şəraitdə saxlayır.

Supermarketlərdə yüksək keyfiyyətli məhsul müxtəlifliyi - meyvə, tərəvəz, halal kəsimli ət və toyuq məhsulları, süd məhsulları, pəhriz məhsulları, çörək, şirniyyatlar, bundan əlavə məişət-təsərrüfat malları, kiçik ev elektronikası, qab-qacaq, yataq dəstləri və s. müştərilərə təqdim edilib. Burada siz 20 mindən çox məhsul çeşidini endirimli qiymətlərlə əldə etmək imkanı qazanacaqsınız.

Bazarın ehtiyaclarını, müştəri istəklərini ən yaxşı şəkildə duyan supermarketlər şəbəkəsi daha bir yeniliyi isə dəyərli alıcıları üçün edir. Yalnız Neptun Tbilisi pr. Supermarketində aprel ayının sonuna kimi “Alış qiymətinə satış” aksiyası keçirilir. Geniş alış-veriş məkanı, səliqəli, təmiz görünüşü, kassaları, təcrübəli personalı ilə müştərilərin rahatlığı üçün hər bir şərait yaradılan Neptun Tbilisi pr. supermarketində bütün məhsulları ən sərfəli qiymətlərlə əldə edə bilərsiniz.

Həmçinin yalnız Neptun-Tbilisi pr. supermarketində sizə verilən endirim kuponu vasitəsilə 50 AZN-lik alış-veriş etdiyinizdə 45 AZN ödəyəcəksiniz. Kuponları isə sizin ünvana biz gətirəcəyik.

Neptun Supermarketi dəyərli müştərilərinin də istəklərini nəzərə almağı unutmadı:

- Neptun supermarketdə rəfdə istifadə müddəti bitmiş hər hansı məhsul tapsanız, yenisini ödənişsiz almaq imkanı qazanacaqsınız.

- Neptun supermarketdə məhsulun qiymət etiketi ilə kassa qiyməti arasında fərq olduğu zaman, məhsulu aşağı olan qiymətə ala bilərsiniz.

Neptun hər bir müştərini yüksək dəyərləndirir, müraciətlərin təşəkkür, əlavə təklif və ya şikayət formasında olmasından asılı olmayaraq onlara diqqətlə yanaşır. Yalnız bu yolla, müştərilərlə daimi təmasda olaraq, supermarketlər şəbəkəsinin işini maksimal dərəcədə təkmilləşdirmək olar.

162 nömrəli müasir Məlumat Mərkəzinin əməkdaşları şəbəkədə aktiv olan reklam aksiyaları, endirimli məhsullar, supermarketlərin ünvanları və s. haqqında məlumatı verməyə hazırdırlar. Burada müştərilər istənilən mesaj və ya sorğunu saxlaya bilərlər, şirkətin menecerləri isə müştərilərlə əlaqə saxlayıb şəbəkənin fəaliyyəti ilə bağlı onları maraqlandıran bütün sualları cavablandırırlar. Həftənin hər günü fəaliyyət göstərən Məlumat Mərkəzində hər bir müştəriyə yüksəksəviyyədə diqqət göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm