
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasına səfəri başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, İranda iki günlük rəsmi səfərdə olan nazir Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-də günün ikinci yarısında Bakıya qayıdıb.