
Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı beş müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici mükafatların təntənəli təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti
başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar
Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov,
"Azərbaycan" milli mədəni cəmiyyətinin sədri Vahid Rəhimov,
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional
bölməsinin rəhbəri Elvin Hüseynov, məktəbin müəllimləri və
şagirdləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Rəşid Ağayev çıxış edərək Heydər Əliyev Fondunun fəaliyyəti
haqqında ətraflı məlumat vermişdir.
Məktəbin ən yaxşı şagirdlərinə və müəllimlərinə Heydər Əliyev Fondu
adından həvəsləndirici mükafatlar təqdim edilmişdir.
Məktəbin valideyn komitəsinin nümayəndəsi, tibb elmləri doktoru,
professor Gülnarə Sagitova göstərilən diqqət və qayğıya görə Heydər
Əliyev Fonduna təşəkkürünü bildirmişdir.