
Bakıda gecə saatlarında bir nəfər intihara cəhd
edib.
Paytaxtın Nəsimi rayonunda bir nəfər yaşadığı binanın üçüncü mərtəbəsində mənzilin eyvanından intihara cəhd edib.
Hadisə barədə məlumat əldə edən Fövqəladə Hallar Nazirliyinin
müvafiq xilasetmə qüvvələri, polis əməkdaşları və təcili yardım
heyəti həmin əraziyə gəliblər.
Zərərçəkmişlə müvafiq söhbətlər aparmaqla əlverişli şəraitdən
istifadə edən xilasedicilər təhlükəsizlik qaydalarına riayət
etməklə, mənzilin eyvanının pəncərəsindən içəri daxil olaraq,
intihara cəhdin qarşısını almağa müvəffəq olublar.
Əməliyyat saat 00:34-də başa çatıb.