Hacıbala Abutalıbov: "Çadırda gecələmirəm"
Bizi izləyin

Qırmızı.az

Hacıbala Abutalıbov: "Çadırda gecələmirəm"

Hacıbala Abutalıbov: "Çadırda gecələmirəm"

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çadırda gecələməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, teleqraf.com-a açıqlamasında bu məlumatların yalan olduğunu deyib: "Bu, başdan-ayağa cəfəngiyatdır. Gün ərzində orada oluram, amma gecələr yox". H.Abutalıbov gül bayramına yüksək səviyyədə hazırlaşdıqlarını deyib.

Qeyd edək ki, artıq bir neçə gündür Heydər Əliyev Sarayının yaxınlığında mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqla bağlı çadırdan mənzil-qərargah qurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm