
Prezidenti İlham Əliyev bu gün Monteneqro parlamentinin
sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANS-in məlumatına görə, Ranko Krivokapiç ATƏT Parlament
Assambleyasının son dövrdəki fəaliyyəti barədə dövlət başçısına
məlumat verib.
ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq bunu əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirib Ranko Krivokapiç ATƏT-in Azərbaycan ilə əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni statusda fəaliyyətə
başlamasının əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə
ümidvar olduğunu bildirib. Regiondakı vəziyyətə toxunan prezident
İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
ölkəmizin ərazi bütövlüyünün pozulduğunu və bununla bağlı
Azərbaycanın ikili standartlarla üzləşdiyini təəssüflə qeyd
edib.
Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb