İnternatlardakı atılmış uşaqların şok statistikası
Bizi izləyin

Qırmızı.az

İnternatlardakı atılmış uşaqların şok statistikası

Küçədən tapılan uşaqların sayı cəmi 108 (2.6%) nəfərdir.

Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların vəziyyətinin qiymətləndirilməsi və monitorinqinin aparılması məqsədilə apardığı qiymətləndrimə zamanı belə müəssisələrdə yaşayan uşaqların statusunu müəyyənləşdirib.

Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, qiymətləndirmə zamanı məlum olub ki, uşaqların əksəriyyəti müəssisələrə bioloji ailələri (86%) tərəfindən yerləşdiriliblər. Məlumata görə, digər dövlət uşaq müəssisələrindən (körpələr evi, gecə-gündüz bağçaları, uşaq evləri) internat məktəbləri və uşaq evlərinə yerləşdirilən, ya da bir müəssisədən digər müəssisəyə köçürülən uşaqlar cəmi 276 (6.8%) nəfər təşkil edir. Küçədən tapılan uşaqların sayı cəmi 108 (2.6%) nəfərdir. 130 (3.2%) nəfər uşaq müəssisəyə yaxın qohumları (genişlənmiş ailə) tərəfindən, 50 (1.3%) nəfər uşaq isə tibb müəssisələrindən (doğum evləri) yerləşdirilmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm