Sevgilisini mağazada baltalayan kişi təslim oldu
Bizi izləyin

Qırmızı.az

Sevgilisini mağazada baltalayan kişi təslim oldu

Qeyri-rəsmi nikah münasibətində olduğu qadına balta ilə xəsarət yetirmiş Şəmkir sakini polisə könüllü təslim olub. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib.


Belə ki, Şəmkir şəhəri S.Qazıyeva küçəsindəki mağazada şəhər sakini Müşfiq Əmirov qeyri-rəsmi nikah münasibətində olduğu Sevinc Həsənovaya balta ilə xəsarət yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.



M.Əmirov könüllü olaraq Şəmkir rayon Polis Şöbəsinə gələrək təslim olub.



Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm