
Bakının Binəqədi rayonunda qadın zorlanması barədə polisə şikayət edib.
Hüquq-mühafizə orqanlarından Anspress-ə verilən
məlumata görə, hadisə Biləcəri-Xırdalan yolundakı otellərin birində
baş verib.
Belə ki, 27 yaşlı qadın polisə iki kişi tərəfindnə
zorlandığı barədə şikayət edib. Qadın bildirib ki, aprelin 14-dən
15-nə keçən gecə, bir nəfər köhnə tanışı qadınınla həmin oteldə
görüş təyin edib. Görüş zamanı tanışı dostunun da həmin görüşdə
olmasını istəyib. Sonradan həmin şəxslər qadını zorlayıblar və
fiziki xəsarət yetiriblər.
Hüquq-mühafizə orqanlarından verilən məlumata
görə, bu hadisənin araşdırıldığını dedilər. Hələlik qadının
zorlandığı, yaxud bunun sadəcə iddia olduğu bilinmir. Məsələ
keçiriləcək tibbi ekspertizadan sonra məlum olacaq.
Vesti.az yazır ki, deyilənlərə görə, həmin qadın
fahişəliklə məşğul olur. Ehtimal olunur ki, həmin şəxslərə də intim
xidməti təklif edibmiş. Lakin sonradan xidmətinin qarşılığında pul
almadığı üçün, sonradan polisə zorlanması barədə şikayət
edib.
Faktla bağlı araşdırma aparılır.