Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sahə fəaliyyəti genişləndiriləcək
Bizi izləyin

Qırmızı.az

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sahə fəaliyyəti genişləndiriləcək

Rabitə və yüksək texnologiyalar nazirliyi artıq sahə fəaliyyətini genişləndirəcək. Bura kosmik, yüksək, nano, bio texnologiyalar, mikroelektronika, atom enerjisindən sülh məqsədlərilə istifadə daxildir.

Publika.Az-ın məlumatına görə, bu sözləri Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bu gün nazirlikdə keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, bu texnologiyalar üzrə iqtisadi sektorun inkişafı üçün işlər görüləcək:

“Burada aidiyyatı orqanlarla birlikdə bu bizim iqtisadiyyatımızda texnoloji, elmi, iqtisadi, innovativ tutumlu sektorun güclənməsinə gətirib çıxaracaq. İntellektual potensial, elmi tutumlu biliyə olan təlabat cəmiyyətin intellektual tutumunun inkişafına dəstək olacaq”.

Nazir həmçinin İKT, poçt xidmətlərinin çeşidinin artırılması, genişzolaqlı rabitə, teleradio yayım keyfiyyətinin artırılması və əhatə zonasının genişləndirilməsi, rəqəmli yayıma keçidin başa çatdırılması, 2015-ci ildə keçiriləcək Avropa Yay Olimpiya oyunlarında telekommunikasiya xidmətinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm