Qırmızı.az
“Ümidlərin Kölgəsi” başladı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonudun maliyyə dəstəyi ilə “Ümidlərin Kölgəsi” adlı yeni layihəyə start verilib.
“Publika.az”-ın əməkdaşının verdiyi xəbərə görə, layihənin məqsədi animosərgi vasitəsilə insanların diqqətini valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqların problemlərinə yönəltmək və bu yolla“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı”nın həyata keçiriləsinə dəstək olmaqdır. Layihə 3 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində məhşur insanların gündəlik ailə həyatını əks etdirən fotoları çəkiləcək, sərgi zamanı həmin fotolara eyni zamanda kimsəsiz uşaqların proeksiyası əlavə olunacaq. Bununla cəmiyyətin diqqətini kimsəsiz uşaqların problemlərinə yönəldiləcək, animosərgidə iştirak edəcək bütün insanlara dövlət proqramı haqqında məlumat verilicək.
Layihə müddətində media ilə yaxından əməkdaşlıq ediləcək, layihə və dövlət proqramı haqqında ictimaiyyətə məlumat veriləcək.
Animosərgidə hazırlanacaq sosial çarx vasitəsilə layihə bitdikdən sonra belə məlumat yayımı davam etdiriləcək.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...