İcra Hakimiyyəti: “Böhtan yayan saytlar məhkəməyə veriləcək”
Bizi izləyin

Qırmızı.az

İcra Hakimiyyəti: “Böhtan yayan saytlar məhkəməyə veriləcək”

İcra Hakimiyyəti: “Böhtan yayan saytlar məhkəməyə veriləcək”

Bəzi sayt və qəzetlərin davamlı olaraq Masallı rayonu haqda şantaj xarakterli yazılar verməyinin səbəbi bəlli olub. Masallı rayon icra hakimiyyətindən publika.az-a daxil olan məlumatda bildirilir ki, həmin sayt və qəzetlərin əslən Masallıdan olan rəhbərliyi rayonda torpaq sahəsinə sahib olmaq üçün İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətin heç bir hüquqi əsası olmadığı üçün onlara icra hakimiyyəti tərəfindən imtina cavabı verilib.

Ardınca rayon rəhbərliyinin qarşısında “əməkdaşlıq edək” tələbi qoyulub. Reket xarakterli bu tələbləri də qəbul olunmayınca həmin saytlar rayon rəhbərliyi haqqında şantajçı yazılar yayınlamağa başlayıblar: “Sayt rəhbərliyinin tələbləri yerinə yetirilmədiyi üçün davamlı şantaj olunuruq. Bir müddət öncə Masallı ziyalıları böhtan xarakterli məlumatlar yayan saytlarla bağlı Mətbuat Şurasına müraciət etmişdilər.

03 aprel 2014-cü il tarixində Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib və Komissiya üzvləri tərəfindən saytlarda yoxlanılmayan, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməyən informasiyaların verilməsi irad tutulub.

Mətbuat Şurası "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın tələblərinə sayğısızlıq hallarına görə belə saytlara xəbərdarlıq edib. Bu xəbərdarlıq normal, öz işinə peşəkar yanaşan, jurnalist peşəsini ali tutan media mənsubuna işində dönüş yaratmaq üçün siqnal olardı. Belə görünür ki, xəbərdarlıq belə saytlar üçün fərqli yöndən işartı olub. Son günlər bu tip saytlar Masallı rayonunun rəhbərliyi haqda böhtançı məlumatlar yayırlar. Belədə, bizim bu saytları məhkəməyə verməkdən başqa çarəmiz qalmır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm