
Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 3544 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.
Bu barədə Publika.Az – a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Eyni zamanda, bu dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri
tərəfindən nazirlikdə və mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu qrafiklərinə
uyğun olaraq, Lənkəran rayonunda, Sumqayıt və Şirvan şəhərlərində
ümumilikdə 226 nəfər vətəndaş qəbul olunub.
Nazirlikdə qəbul olunan vətəndaşlardan 44 nəfərinin müraciəti
nazir, digər vətəndaşların müraciətləri isə nazirliyin aidiyyatı
rəhbər şəxsləri tərəfindən dinlənilib. Hər bir vətəndaşın müraciəti
nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin və
mütəxəssislərinin iştirakı ilə obyektiv və ədalətli şəkildə
araşdırılaraq, konkret tədbirlər görülüb. Eyni zamanda, qəbullar
zamanı ayrı-ayrı vətəndaşlar müraciətlərinə uyğun olaraq əlil
arabaları və digər reabilitasiya avadanlıqları, sanator-kurort
yollayışları və s. ilə təmin olunublar.
Müraciətlərdə barəsində haqlı narazılıq ifadə olunan əməkdaşlarla bağlı isə müvafiq araşdırmalar aparılıb və araşdırmaların nəticələri əsasında inzibati tədbirlər həyata keçirilib.
Publika.Az