Bakıda 3 otaqlı yaşayış evi yanıb
Bizi izləyin

Qırmızı.az

Bakıda 3 otaqlı yaşayış evi yanıb

Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzildə baş verib.

Paytaxtda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm