QMİ-də halallıq verilməsi ilə əlaqədar xüsusi qrup yaradılıb
Bizi izləyin

Qırmızı.az

QMİ-də halallıq verilməsi ilə əlaqədar xüsusi qrup yaradılıb

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib.

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib.

QMİ-dən Publika.az-a verilən məlumata görə, aprelin 17-də Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən QMİ Qazılar Şurasının islacında Şuranın üzvləri və İdarənin səlahiyyətli nümayəndələrinin iştirakı ediblər. İclasda çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövr ərzində görülmüş işlər barə məlumat verib, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyyələrini səsləndirib.

İclasda son zamanlar qida məhsullarının halallığı ilə bağlı Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ də müzakirə olunub. Din xadimlərinin çıxışlarında bu məsələyə dair açıqlamalar verilib. Bildirilib ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir.

İndiyədək "SAB" şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini diqqətə çatdıran İdarə rəsmiləri gələcəkdə müvafiq dövlət qurumu ilə müştərək fəaliyyətin həyata keçiriləcəyi təqdirdə halal qida məhsulları istehlakçılarının haqlarının qorunmasının mümkün olacağını vurğulayıblar. Halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupun yaradılması qərara alınıb. Qazı Faiz Nagızadə başda olmaqla 5 nəfərdən ibarət həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirilib. Komissiyanın tərkibinə QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları Şamil Rəsulov, Mirnəsir Nağıyev daxil olublar.

İclasda həmçinin, Qazılar Şurasının dünyasını dəyişmiş üzvlərinin ruhları yad edilib. Şuranın fəaliyyətinə dair məsələlər sırasında təşkilati məsələlərə baxılıb - yeni qazılar və səlahiyyətli nümayəndələrin seçilməsi həyata keçirilib.

Qazılar məscidlərdə oxunan moizə və xütbələrin səviyyəsinin daha da yüksəldilməsi, dini-mənəvi, milli dəyərlərimizin daha dərindən təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi zərurətini də xüsusi vurğulayıblar.

İclasda QMİ Qazılar Şurasının sədrinin bölgələrə səfərləri, onların davam etdiriləcəyi, bölgələrdə aparılan maarifləndirmə işlərinin önəmi, din xadimləri üçün təkmilləşdirmə kurslarının yaradılması, din xadimlərinin attestasiyası prosesinin dini kadrların bilik, bacarıq və vərdişlərinin yüksək səviyyəyə qaldırılması işinə xidmət etdiyi, eləcə də Qazılar Şurasının və Elmi-Dini Şurasının tövsiyyə və qəra ilə son illər kitab və vəsaitlərin çap olunması işlərinin davam etdiriləcəyi xüsusi qeyd olunub.

İclasda məscid və ziyarətgahların maliyyə vəziyyətləri ilə barədə də məruzə dinlənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm