Lənkəranda 61 ədəd tank əleyhinə mina tapılıb - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Lənkəranda 61 ədəd tank əleyhinə mina tapılıb - FOTOLAR

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 13 nəfərdən ibarət xüsusi əməliyyat qrupu Lənkəran rayonunda Xəzər dənizinin sahilboyu ərazilərinin minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Keçmiş SSRİ dövründə tank batalyonunun poliqonu kimi istifadə olunan ərazidə son aylarda bir neçə dəfə işlək vəziyyətdə olan hərbi sursatlar aşkar edilib.

Həmin ərazidə aşkarlanmış daha 61 ədəd tank əleyhinə mina ANAMA-nın mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.

Suyun altında qalan minaların yerlərini dəqiqləşdirmək məqsədilə agentliyin dalğıcları da axtarışa cəlb olunublar.

Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində ərazidə olan iki sursat anbarının suyun altında qalması axtarışı və təmizləmə prosesini çətinləşdirdiyinə görə ərazidə aparılan əməliyyatlar hələ bir neçə ay da uzana bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm