Bu gün 25 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün 25 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperatur gecə 7-12°, gündüz 20-25°, b

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperatur gecə 7-12°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti, Bakıda gecə 9-11°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 7-12°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 4-9° isti, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 8-12°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 8-13°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 9-12°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm