Nazir vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

Nazir vətəndaşları qəbul edib

Azad Rəhimov vətəndaşları qəbul edib

Gənclər və İdman naziri Azad Rəhimov İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan olan vətəndaşlarla görüşüb. Publika.Az xəbər verir ki, İsmayıllıda Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

Müraciətlərin böyük hissəsi idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı ilə bağlı olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamıtində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 14-cü vətəndaş qəbuludu. İsmayıllıdan öncə nazir Lənkaran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və Masallıda vətəndaşlarla görüşüb.

İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir Azad Rəhimov ümumilikdə 560-dan çox vətəndaş qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm