
Azərbaycan Milli Elmər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan İnformatika elminin banisi İsmayıl İbrahimov da çıxış edib.
Publika.Az –ın məlumatına görə, alim AMEA-nın fəaliyyətinin uğurlu olduğunu bildirib: “1968-ci ildən AMEA-nın həqiqi üzvüyəm. 2013 –cü ilin nəticələri Akademiyanın uğurla fəaliyyət göstərdiyini sübut edir. Bu sahədə qazanılan uğur dövlət başçısının göstərdiyi diqqətin nəticəsindir. Gəlin, bu işdə AMEA-ya dəsətək olaq”.
Alim onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə elmin əlaqələndirmə şurasının yaradılması barədə sərəncam imzalayıb. Həmin şura da elmin inkişafında önəmli işlər görüb.
Gülxar