Elxan Süleymanov: "Azərbaycan cəmiyyəti Qarabağ məsələsinə biganə yanaşır"
Bizi izləyin

Qırmızı.az

Elxan Süleymanov: "Azərbaycan cəmiyyəti Qarabağ məsələsinə biganə yanaşır"

Elxan Süleymanov: "Azərbaycan cəmiyyəti Qarabağ məsələsinə biganə yanaşır"

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) gənc rəssamlar və jurnalistlər arasında Sərsəng su anbarı ilə bağlı keçirdiyi müsabiqənin nəticələri açıqlanıb.

Publika.az-ın məlumatına görə, müsabiqə qaliblərinə pul mükafatı və sertifikat verilib. Yevlaxda keçirilən tədbirdə çıxış edən müsabiqənin münsiflər heyətinin sədri, tanınmış şair Musa Yaqub bildirib ki, bu müsabiqə təqdirə layiqdir: "Elxan Süleymanov Azərbaycanı AŞPA-da təmsil edir və ölkəmizin mövqeyini layiqincə qoruyur. Bilirsiniz ki, Sərsəng Anbarı təhlükədədir. Ermənilər bu anbarı partlatmaqla Azərbaycanı təhdid edirlər.

"Ilan su içən adama dəyməz". Ancaq ermənilər Azərbaycanı su ilə qorxudurlar. Bu təhlükənin qarşısının alınmasında hamımız həmrəy olmalıyıq".

AVCİYA-nın prezidenti, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbrəri Elxan Süleymanov isə çıxışında deyib ki, ermənilər Azərbaycanın 7 rayonunu real təhlükə altında qoyublar: "Ermənilər Naxçıvanı da blokada da saxlayırlar. Biz bunlara qarşı daha ciddi mübarizə aparmalıyıq. Məni təəssüfləndirən odur ki, Azərbaycan cəmiyyəti Qarabağ məsələsinə biganə yanaşır. Təsvvür edin ki, Sərsəng su anbarı ilə bağlı keçirilən sorğuda 15 min adamdan təxminən 10-15 nəfər bu problemdən tam məlumatlıdır. Bu çox acınacaqlı faktdır. Biz bu cür problemlərin aradan qaldırılması üçün jurnalistlərdən də kömək istəyirik. Su anbarı ilə bağlı problemin aradan qaldırılması təkcə AVCİYA-nın işi deyil. Biz birlikdə çalışmalıyıq. Hər an təhlükə yarana bilər. Biz mibarizə apardıq və bu problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq. Bu, bizim uğurumuzdur".

Vasif Həsənli - Yevlax

Oxumağa davam et
Reklam
Reklam

Gündəm