
Dialektologiyanın inkişaf etdirilməsi tarixi, ictimai-siyasi məsələdir.
Publika.az –ın məlumatına görə, bunu AMEA-nın illik hesabatında çıxışı zamanı Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev deyib. T.Hacıyev bildirib ki, bizim didərgin düşmüş rayonların şivələri pərəkəndə şəkildə qalıb və məhv olub gedir: “Qərbi Azərbaycan və Qarabağdan gələnlərin folklorunu toplamaq lazımdır. Bu işlərə prezidentimiz xüsusi diqqət yetirir".
T.Hacıyev vurğulayıb ki, Qarabağın Folklor materiallarına aid cildlərlə kitab çap olunub: "Amma dialektologiyada bu işlər görülmür. Müəyyən dərəcədə tədqiqat gedir, amma dialektik materiallaırnın toplanması xüsusilə nəşri yoxdur. Dialektologiyanın qorunması ilə bağlı Dilçilik İnstitutu öz işini formalaşdırır" .
T.Hacıyevin sözlərinə görə, Naxçıvanın, Qarabağın dialektoloji atlası üzərində iş gedir: "Bu da bütöv Azərbaycan dialekt sisteminin atlasının hazırlanması ilə bağlıdır. İranda, Gürcüstanda, Qərbi azərbaycanlıların dialekt xüsusiyyətlərini ümumiləşdirərək, bütöv Azərbaycan atlası yaratmağa çalışırıq”.
Gülxar