
Azərbaycanda iki intihara cəhd hadisəsinin qarşısı alınıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən
verdiyi məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 1 nəfər
intihar məqsədi ilə özünü Masazır gölünə atıb. Dərhal nazirliyin
müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər intihar etmək istəyən vətəndaşı sudan çıxararaq
intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil
verilib.
Bundan başqa, Qobustan şəhərində 1 nəfər intihar məqsədi ilə qülləyə qalxıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş qüllədən endirilib və aidiyyəti üzrə təhvil verilib.