Qırmızı.az
Həftəsonu hava günəşli olacaq - Hava haqqında
Bakıda və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-12°, gündüz 21-26° isti, Bakıda gecə 10-12°
isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85,
gündüz 45-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gündüz hava,
əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 7-12°, gündüz 24-29° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə
və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış
yağacağı ehtimalı var.
Temperaturun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Gecə və
səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 7-12°, gündüz 20-25° isti, dağlarda gecə 4-9°,
gündüz 13-18° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 8-13°, gündüz 23-28° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 9-12°, gündüz 20-25° isti, dağlarda gecə 4-9°,
gündüz 15-20° isti olacağı gözlənilir.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO